30
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Xəsarət alan olmayıb.
