Ekvadorda Mərkəzi Bankın qiymətli yüklərinin daşınması üçün icarəyə götürülən təyyarə qəza enişi zamanı uçuş-enmə zolağından çıxıb.
Ucnoqta.az xəbər verir ki, hadisə Kuenka şəhərində baş verib.
Ekvador Mərkəzi Bankının “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir ki, Gvayakil–Kuenka marşrutu üzrə qiymətli yük daşıyan təyyarə qəza enişi edib. Hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən aparılacaq araşdırmalar nəticəsində müəyyənləşdiriləcək.
İnsident nəticəsində ekipajın iki üzvü xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərilib və vəziyyətlərinin stabil olduğu bildirilir.
Mərkəzi Bank daşınan qiymətlilərin salamat qaldığını, sığortalandığını və müəyyən edilmiş prosedurlara uyğun olaraq mühafizə altında saxlanıldığını açıqlayıb.
Təyyarənin göyərtəsində konkret olaraq hansı qiymətli yükün olduğu barədə məlumat verilməyib.
