ABŞ-ın Walt Disney şirkəti IMAX-a rəqib hesab olunan Infinity Vision formatının kinoteatrlarda daha geniş tətbiqi üçün bir neçə film studiyası ilə danışıqlar aparır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Disney nümayəndələri Universal Pictures ilə yanaşı, Lionsgate və Sony Pictures studiyalarının, həmçinin iri kinoteatr şəbəkələri AMC və Cinemark-ın nümayəndələri ilə görüşüb. Tərəflər Infinity Vision formatı üçün vahid brend yaradılması imkanını müzakirə ediblər.
Bildirilir ki, studiyalar danışıqların ilkin mərhələsində təşəbbüsə maraq göstərib. Bununla belə, bəzi şirkətlər Infinity Vision formatının 2026-cı ilin dekabrında premyerası gözlənilən “Qisasçılar: Qiyamət günü” (“Avengers: Doomsday”) blokbasterində sınaqdan keçirilməsini gözləyir.
