30
Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən üç xarici ölkə vətəndaşı saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Oktyabrın 6-da DSX Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində bir Mərakeş vətəndaşı, oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində iki Əfqanıstan vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
