25
Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün vahid turist vizasının tətbiqini təklif edib.
Ucnoqta.az xəbər verir ki, Japarov bildirib ki, altı ölkənin turizm potensialı bir-birini tamamlayır. O, ölkələri birgə turizm marşrutları ilə birləşdirməyi və “bir səfərdə bir neçə ölkə” prinsipini inkişaf etdirməyi təklif edib.
Qırğızıstan lideri vahid turist vizasının tətbiqi təşəbbüsünün dəstəklənəcəyinə ümid etdiyini bildirib və xarici siyasət qurumlarına bunun həyata keçirilməsi üçün konkret mexanizmlər hazırlamağı təklif edib.
