ABŞ-ın 12 B-1 strateji bombardmançısını Britaniyanın Fairford aviabazasından ehtimal olunan PUA hücumu təhlükəsi səbəbindən çıxarması Böyük Britaniyanın hərbi hava bazalarının dronlardan müdafiəsindəki zəifliyi üzə çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Qəzetin məlumatına görə, köhnəlmiş Britaniya qanunvericiliyi ilə yeni nəsil dronların yaratdığı təhlükənin birləşməsi əvvəllər təhlükəsiz hesab olunan aviabazaları həssas vəziyyətə salıb.
Britaniya qanunlarına əsasən, hərbçilərin ictimai ərazilərdə PUA-ları vurması qadağandır. Dronların siqnallarının bloklanmasına və onların zərərsizləşdirilməsinə ictimai ərazilərdə yalnız polis və penitensiar xidmət əməkdaşları icazəlidir. PUA hərbi bazanın sərhədini keçənədək hərbçilər onu müstəqil şəkildə zərərsizləşdirə bilməzlər.
