31
ABŞ Yunanıstana 4 milyard dollar dəyərində hərbi texnika və avadanlıq satacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Afinada keçirilən Yunanıstan-ABŞ Strateji Dialoqunun 6-cı raundunun yekunlarına dair birgə bəyanatda bildirilib.
Məlumata görə, satış Yunanıstanın uzunmüddətli müdafiə planlamasını dəstəkləmək, iki ölkənin hərbi qüvvələrinin qarşılıqlı fəaliyyət imkanlarını artırmaq və müdafiə sənayeləri arasında gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyır.
