25
Polşanın Ostrołęka şəhərində texnikumun şagird və müəllimlərinə bıçaqla hücum edən şəxsin üzərində kustar üsulla hazırlanmış partlayıcı qurğu olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Prokurorluğunun rəhbəri Dariuş Kornelyuk məlumat verib.
Onun sözlərinə görə, şübhəli məktəb ərazisinə bıçaqla daxil olub. Daha sonra onun çantasında kustar üsulla hazırlanmış partlayıcı qurğu olduğu müəyyənləşib və qurğu demək olar ki, işə salınıb.
Kornelyukun bildirdiyinə görə, çantadan tüstü çıxmağa başlayandan sonra şagirdlər onu pəncərədən bayıra atıblar. Bununla da partlayışın qarşısının alındığı ehtimal edilir.
