29
Litva Kalininqrad vilayəti ilə sərhədin mühafizəsinin gücləndirilməsi üçün hərbçiləri sərhədçilərə dəstəyə göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Martinas Katelinas bildirib.
Onun sözlərinə görə, hazırda sərhəddə vəziyyət sakitdir və hərbçilərin yerləşdirilməsi preventiv tədbir xarakteri daşıyır.
Nazir bildirib ki, qərar Latviya sərhədində baş verən insident, regiondakı ümumi təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və Rusiyada mümkün səfərbərliklə bağlı məlumatlardan sonra qəbul edilib.
