28
Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) hərbi nümayəndəsi Yəhya Səriyə Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirdiklərini bildirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, raket hava limanına birbaşa düşüb və nəticədə Səudiyyə Ərəbistanının paytaxtında hava nəqliyyatının fəaliyyəti dayandırılıb.
Husilərin nümayəndəsi beynəlxalq aviaşirkətləri Səudiyyə Ərəbistanı üzərindən uçuşlardan imtina etməyə çağırıb. O, krallığın hava məkanının “döyüş meydanına çevrildiyini” iddia edib.
Səriyə Məkkə və Mədinənin isə bu çağırışdan istisna olduğunu qeyd edib.
