26
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən neft emalı zavoduna hücum edib.
Ucnoqta.az xəbər verir ki, PUA-ların hücumundan sonra “Qazprom neftkimya Salavat” zavodunun ərazisində yanğın baş verib. Monitorinq kanallarının məlumatına görə, zərbə məhz müəssisənin ərazisinə endirilib.
“Qazprom neftkimya Salavat” Rusiyanın neft emalı və neft-kimya sənayesinin iri müəssisələrindən biri hesab olunur.
Qeyd edək ki, bundan əvvəl də Ukrayna PUA-larının zavoda ən azı dörd dəfə hücum etdiyi bildirilmişdi.
