29
Hindistanın IndiGo aviaşirkətinə məxsus, göyərtəsində 110 nəfərin olduğu sərnişin təyyarəsini ildırım vurub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə təyyarənin Lakhnau hava limanına enişi zamanı baş verib. İldırım zərbəsi nəticəsində təyyarənin meteoroloji radarı qoruyan burun örtüyü zədələnib.
Buna baxmayaraq, pilotlar təyyarəni təhlükəsiz şəkildə yerə endiriblər. Qeyd olunur ki, təyyarə planlaşdırılan vaxtdan 8 dəqiqə əvvəl hava limanına çatıb.
