28
İstanbulun Maltepe rayonunda yeddi mərtəbəli yaşayış binasının üç aşağı mərtəbəsi çöküb.
Ucnoqta.az xəbər verir ki, TRT-nin məlumatına görə, hadisə səhər saat 06:00 radələrində şəhərin Asiya hissəsində baş verib. Xilasedicilər binanın sakinlərini təxliyə edir. Dağıntılar altından bir uşaq sağ çıxarılıb.
İlkin məlumatlarda binanın iki mərtəbəsinin çökdüyü bildirilsə də, sonradan dağıntının üç mərtəbəni əhatə etdiyi məlum olub.
Binanın aşağı mərtəbələrində tekstil emalatxanası və kommersiya obyektləri yerləşib. Hadisə zamanı həmin obyektlər bağlı olub.
Hazırda ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.
