Astroloqların fikrincə, bəzi bürclər fərdilikləri və qeyri-standart düşüncə tərzləri ilə seçilir.
Ucnoqta.az xəbər verir ki, onlar başqalarına uyğunlaşmaq əvəzinə öz qaydaları ilə yaşamağa və hadisələrə fərqli baxmağa üstünlük verirlər.
Dolça
Dolçalar öz qaydaları ilə hərəkət etməyi sevir və cəmiyyətin müəyyən etdiyi çərçivələrə kor-koranə uyğunlaşmırlar. Qeyri-adi ideyalara, yeni təcrübələrə və fərqli maraqlara açıqdırlar. Müstəqillikləri onları bəzən ətrafdakılar üçün gözlənilməz edir.
Əkizlər
Əkizlər çevik düşüncələri və yeniliyə maraqları ilə fərqlənirlər. Tez-tez mövzu dəyişir, çoxlu suallar verir və yeni məlumatlara həvəslə maraq göstərirlər. Monotonluqdan tez sıxılan Əkizlər müxtəliflik, yeni tanışlıqlar və fərqli təcrübələr axtarırlar.
Balıqlar
Balıqların qeyri-adiliyi daha çox zəngin daxili dünyalarında özünü göstərir. Musiqi, incəsənət, kitab və kinoya maraq göstərir, hadisələri daha çox hissləri ilə qavrayırlar. Ətrafdakı insanların əhvalını və emosiyalarını sözsüz də anlamaqda mahirdirlər. Onların fərqli düşüncə tərzi və güclü təxəyyülü onları digərlərindən seçir.
