28
İraqın şimalındakı Ərbil əyalətində İranda hakimiyyətə müxalif olan kürdlərə məxsus obyektlər iki pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, “Al Hadath” telekanalının mənbələrə istinadən məlumatına görə, zərbələr Ərbil əyalətinin Rizqari bölgəsində yerləşən obyektlərə endirilib.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.
Telekanalın məlumatına görə, bu, ABŞ qoşunlarının İraqdan çıxarılmasından sonra Ərbilə qarşı həyata keçirilən ilk hücumdur.
Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
