Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveyru oğlunun ölkəsində layiqincə qiymətləndirilmədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, onun sözlərini “A Bola” qəzeti TV7 Dias jurnalına istinadən yayıb.
Aveyru Ronaldonun milli komandanın düşərgəsini vaxtından əvvəl tərk etməsindən danışarkən bildirib ki, bu hadisə ona pis təsir edib. Onun sözlərinə görə, Ronaldo Portuqaliya futboluna və milli komandaya böyük töhfələr verib.
“Bu, mənim üçün şok oldu. Oğlum əsas qapıdan çıxa bilərdi, amma arxa qapıdan çıxmalı oldu. Bir qədər ağladım. Lakin heç nə olmaz, Allah hər şeyi yoluna qoyacaq”, – deyə Aveyru bildirib.
O qeyd edib ki, Ronaldoya ilk telefon danışığında sakitləşməyi tövsiyə edib, lakin futbolçu öz qərarını verib.
“Bu, problem deyil. O, Portuqaliya üçün çox şey edib. O, həmişə Portuqaliyanın qəhrəmanı olub, amma onu layiq olduğu qədər qiymətləndirmirlər”, – Ronaldonun anası vurğulayıb.
