Fransa noyabr ayından etibarən ukraynalı pilotların “Rafale” qırıcılarının idarə olunması üzrə təliminə başlayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Katrin Votren parlamentin Müdafiə Komitəsində keçirilən dinləmələr zamanı məlumat verib.
“Noyabr ayında ukraynalı pilotların ilk hazırlıq kursları başlayacaq”, – deyə nazir bildirib. Onun sözlərini BFMTV yayıb.
Qeyd edək ki, ötən ilin noyabrında Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron Kiyevin 2035-ci ilə qədər Fransadan 100-ə qədər Rafale qırıcısı alma imkanını nəzərdə tutan çərçivə sazişi imzalayıblar.
Saziş həmçinin Ukraynaya SAMP-T zenit-raket komplekslərinin, hava hücumundan müdafiə radarlarının, “hava-hava” tipli raketlərin və aviasiya bombalarının mümkün tədarükünü nəzərdə tutur.
