39
Avropa İttifaqı ölkələrində avqust ayında 708,2 min yeni minik avtomobili satılıb.
Ucnoqta.az xəbər verir ki, ən böyük avtomobil bazarı Almaniya olub. Ölkədə ay ərzində 212 563 yeni avtomobil qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.
Aİ-nin ən böyük avtomobil bazarları:
🇩🇪 Almaniya – 212 563 (+2,6%)
🇫🇷 Fransa – 94 349 (+7,4%)
🇮🇹 İtaliya – 69 420 (+3,2%)
🇪🇸 İspaniya – 68 544 (+11,8%)
🇵🇱 Polşa – 45 907 (+8,1%)
Ən az yeni avtomobil isə Kiprdə qeydiyyata alınıb – 712 ədəd.
Ən kiçik avtomobil bazarları:
🇱🇺 Lüksemburq – 3 103 (+5,5%)
🇱🇻 Latviya – 1 852 (-5,3%)
🇪🇪 Estoniya – 1 479 (+50,8%)
🇲🇹 Malta – 745 (+36,4%)
🇨🇾 Kipr – 712 (-0,1%)
