33
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi növbəti tənqidi qətnaməyə münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, Papuaşvili Avropa Parlamentinin artıq “sivilizasiya uçurumunda” olduğunu deyib.
“Biz deyirik ki, Avropa İttifaqını sivilizasiya uçurumuna doğru sürükləyirlər, Avropa Parlamenti isə artıq oradadır və bizimlə oradan danışır. Buna görə də onların bəyanatlarını nəzərdən keçirməyə layiq hesab etməzdən əvvəl, ilk növbədə, həmin sivilizasiya uçurumundan çıxmalıdırlar. Yalnız bundan sonra onların sözlərinin dəyəri olacaq”, – deyə Papuaşvili jurnalistlərə bildirib.
