Beyləqan rayonunda 16 nəfər qidadan zəhərlənib.
Ucnoqta.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.
Zəhərlənən şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.
***
Qida Təhlükəsizliyi Agentliyidən (AQTA) “Qafqazinfo”ya verilən məlumata görə, zəhərlənmə hadisəsi məktəblilər arasında baş verib.
Agentlik rayonun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
