35
MDB-yə (Müstəqil Dövlətlər Birliyi) sədrlik 2027-ci il yanvarın 1-dən Özbəkistana keçəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, dövlət başçılarının dar tərkibdə keçirilən iclasında MDB-yə sədrlik hüququnun 2027-ci il yanvarın 1-dən Özbəkistana verilməsi barədə qərar qəbul edilib.
