34
Pakistanın Səudiyyə Ərəbistanında yerləşdirilən hərbi qüvvələri Yəməndəki husilərə qarşı döyüş əməliyyatlarında iştirak etmir.
Ucnoqta.az xəbər verir ki, bunu Pakistan Müdafiə Nazirliyinin mətbuat katibi, general-leytenant Əhməd Şərif Çaudri CNN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Pakistan hərbçiləri Səudiyyə Ərəbistanında müxtəlif müdafiə əməliyyatlarına cəlb olunublar, lakin krallıq ordusunun husilərə qarşı apardığı döyüşlərdə iştirak etmirlər.
General qeyd edib ki, Pakistan qoşunlarının Səudiyyə Ərəbistanında yerləşdirilməsi ilə bağlı təfərrüatlar məxfidir və açıqlana bilməz. O vurğulayıb ki, ölkə hərbçilərinin Səudiyyə Ərəbistanındakı istənilən fəaliyyəti müdafiə xarakteri daşıyacaq.
