29
Fransa Nigerin Parisdəki səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Fransa diplomatik mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Niger kəşfiyyatının nümayəndələri olduğu bildirilən iki əməkdaş sentyabrın ortalarında Fransadan deportasiya edilib. Onların iki ölkə arasında münasibətlərin gərgin olduğu bir dövrdə Parisdə fəaliyyət göstərdiyi qeyd olunur.
Fransa hakimiyyəti ikitərəfli əməkdaşlığın olmamasını əsas gətirərək həmin şəxslərin ölkədə qalmasını məqsədəuyğun hesab etməyib.
