36
İran Prezidenti Məsud Pezeşkian Müstəqil Dövlətlər Birliyi (MDB) ilə Tehran arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə “MDB+1” formatının yaradılmasını təklif edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Pezeşkian Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində çıxışı zamanı bildirib ki, “MDB-yə üzv ölkələr + İran” formatı dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm kimi yaradılmalıdır.
İran prezidentinin sözlərinə görə, bu təşəbbüs Birlik ölkələri ilə Tehran arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə xidmət edəcək.
