29
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında mayeləşdirilmiş qaz daşıyan iri tonnajlı tankerə zərbə endirildiyini bəyan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, “MT Sunshine” adlı tanker bir neçə saat əvvəl Hörmüz boğazının cənub hissəsində İranın qanunsuz hesab etdiyi marşrutla hərəkət etməyə cəhd göstərərkən hücuma məruz qalıb.
Hadisənin nəticələri, eləcə də gəminin heyətinin vəziyyəti barədə əlavə məlumat verilməyib.
