37
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldonun milli komandadakı karyerasına vida matçının keçirilməsi ilə bağlı hazırda danışıqlar aparmır.
Ucnoqta.az xəbər verir ki, “Record” qəzetinin məlumatına görə, federasiya bu məsələ ilə bağlı qərarını Portuqaliya və Norveç yığmaları arasında UEFA Millətlər Liqasının IV tur oyunundan sonra verəcək.
Qarşılaşma bazar günü keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, daha əvvəl “Noticias ao Minuto” “L’Equipe” qəzetinə istinadən Portuqaliya Futbol Federasiyasının Ronaldo üçün vida matçının təşkili ilə bağlı danışıqlar apardığını yazmışdı.
