Fransada davam edən şagird etirazları səbəbilə 5 oktyabr tarixində 400-dən çox məktəbdə əyani dərslər keçirilməyəcək.
Ucnoqta.az xəbər verir ki, TF1 telekanalının məlumatına görə, fəaliyyətini dayandıracaq məktəblərin təxminən 40 faizi, yəni 168 təhsil müəssisəsi paytaxt regionu İl-de-Fransda yerləşir.
Lisey şagirdlərinin etirazları ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda ölkənin müxtəlif ərazilərinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.
Bəzi ərazilərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Son məlumatlara görə, etirazlarla əlaqədar təxminən 2 min nəfər saxlanılıb. Onlardan 1,8 min nəfəri iğtişaşlarda iştirak etdiklərinə görə həbs edilib.
