27
İsrailin Baş naziri Benyamin Netanyahu xarici aviaşirkətlərin ölkəyə həyata keçirdiyi uçuşların təhlükəsizliyinin yoxlanılması üçün xüsusi inspektor təyin edilməsini tapşırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Qərar “Flydubai” təyyarəsində baş verən insidentdən sonra qəbul edilib. Netanyahu Milli Təhlükəsizlik Şurasının rəhbəri Şmuel Ben-Ezradan İsrailə uçuş həyata keçirən xarici mülki aviasiya şirkətlərinin təhlükəsizliyi ilə bağlı bütün aspektlərin hərtərəfli yoxlanılmasını təmin edəcək inspektor təyin etməyi istəyib.
