31
İsrail milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda İrlandiya ilə qarşılaşmaya qollarında qara sarğı ilə çıxıb.
Ucnoqta.az xəbər verir ki, İsrail Futbol Assosiasiyasının yaydığı məlumata görə, futbolçular 7 oktyabr 2023-cü il hadisələrinin ildönümü ilə əlaqədar matçda matəm sarğısı taxıblar.
UEFA İsrail Futbol Assosiasiyasının müraciətini təsdiqləyərək milli komandaya qarşılaşma zamanı qara sarğıdan istifadə etməyə icazə verib.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:45-də başlayan görüşün hazırda hesabında İrlandiya 1:0 öndədir.
