26
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Əhməd Yusifov -60 kq çəki dərəcəsində dünya çempionu olub.
Ucnoqta.az xəbər verir ki, 1/16 finaldan mübarizəyə başlayan cüdoçumuz Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə Qazaxıstan təmsilçisi Şerzod Davlatovu da üstələyən Yusifov dünya çempionluğuna sahib çıxıb.
Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.
