48
İsveç milli komandasında UEFA Millətlər Liqasının Bosniya və Herseqovinaya qarşı səfər oyunu öncəsi 5 futbolçuda kəskin respirator virus infeksiyasının əlamətləri aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, Yasin Ayari, Benyamin Nyqren, Qustav Lagerbielke, Elliot Stroud və Patrik Volemark qarşılaşmada iştirak etməyəcək. Bundan əlavə, “Liverpul”un hücumçusu Aleksander İsak yüngül zədə səbəbindən komandanı tərk edib.
İsveç millisi cümə günü Zenitsada Bosniya və Herseqovina ilə qarşılaşacaq.
