25
Beşqat “Qızıl top” sahibi Kriştiano Ronaldo Portuqaliya millisində çıxışını dayandıra bilər.
Ucnoqta.az xəbər verir ki, Marca bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, 41 yaşlı hücumçu milli komandanın düşərgəsini tərk edib. Ronaldo Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Danimarkaya qarşı oktyabrın 1-də keçiriləcək matçda iştirak etməyəcək.
Futbolçu bundan əvvəl Norveçlə oyunda da (2:1) meydana çıxmayıb.
Marca qeyd edir ki, Ronaldonun milli komandadan ayrılması onun Portuqaliya yığmasında karyerasını başa vurması ehtimalını gündəmə gətirib.
