Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
Ucnoqta.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız Litvada yerli komandanın qonağı olub.
Kaunasdakı Darius və Girenas stadionunda keçirilən qarşılaşmada hesabı 9-cu dəqiqədə Litva millisinin futbolçusu A. Kuçis açıb.
Azərbaycan millisi cavab qolunu uzun müddət gözləməyib. Mahir Emreli 14-cü dəqiqədə fərqlənərək hesabı 1:1 edib.
Fasilədən sonra komandaların səylərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
UEFA Millətlər Liqası – D Liqası, 2-ci qrup
Litva – Azərbaycan – 1:1
Qollar: A. Kuçis, 9 (pen.) – Mahir Emreli, 14
Baş hakim: Menelaos Antoniu (Kipr)
Stadion: Darius və Girenas, Kaunas
