32
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ötən gecə Hörmüz boğazından müharibədən əvvəlki göstəriciləri də ötən rekord həcmdə neft daşınıb.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə açıqlama verib.
Reuters-in məlumatına görə, sentyabrın 20-dən başlayan həftədə Hörmüz boğazından ilkin hesablamalara əsasən 33,7 milyon barrel xam neft daşınıb. Əvvəlki həftənin ümumi göstəricisi isə 49,2 milyon barrel olub.
Qeyd edək ki, müharibədən əvvəl Hörmüz boğazından gündə orta hesabla təxminən 20 milyon barrel neft və neft məhsulları keçirdi.
