33
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri postuna Aydos Mırzaxmetovu təyin edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl müdafiə naziri vəzifəsində çalışan Dauren Kosanov vəzifəsindən azad edilib. Onun istefasının Xəzər dənizində hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə əlaqəli olduğu bildirilir.
