34
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının “Trump Strait” (“Tramp boğazı”) adlandırıldığı xəritəni özünün Truth Social hesabında paylaşıb.
Ucnoqta.az xəbər verir ki, xəritədə Hörmüz boğazı dairəyə alınıb və ərazinin üzərində “Trump Strait” yazısı yerləşdirilib. Tramp paylaşımı hər hansı şərhlə müşayiət etməyib.
Qeyd edək ki, Tramp daha əvvəl də Hörmüz boğazının ABŞ-ın nəzarətində olduğunu bildirib və avqustun 18-də boğazı “NEW U.S. Territory” (“Yeni ABŞ ərazisi”) kimi göstərən xəritə paylaşmışdı.
