54
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Nyu-Yorkda səfərdədir.
Ucnoqta.az xəbər verir ki, onun xüsusi xidmət orqanları və polis əməkdaşlarının müşayiəti ilə avtomobil karvanında əraziyə gəldiyi bildirilib.
Bundan əvvəl CNN Dmitriyevin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə danışıqlar apardığını iddia edib.
Dmitriyevin Nyu-York səfərinin detalları barədə əlavə məlumat açıqlanmayıb.///RİA Novosti
