31
Almaniya Silahlı Qüvvələrinə məxsus dörd Eurofighter qırıcısı oktyabrda Latviyada keçiriləcək parlament seçkiləri zamanı ölkənin hava məkanının qorunması məqsədilə Latviyaya göndərilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Bildirilib ki, Almaniyanın Neyburq-an-der-Donau şəhərində yerləşən 74-cü Taktiki Aviasiya Eskadrilyasının qırıcıları Latviyada təxminən bir həftə qalacaq. Təyyarələr ölkənin mərkəzi hissəsində yerləşən Lielvarde hərbi aerodromunda yerləşdirilib.
Latviyada parlament seçkilərinin 3 oktyabrda keçirilməsi planlaşdırılır.
Eurofighter qırıcılarının Latviyaya göndərilməsi ölkənin hava məkanının seçkilər dövründə əlavə mühafizəsi çərçivəsində həyata keçirilir.
