Böyük Britaniya Yer səthinin müşahidəsi üçün nəzərdə tutulan ikinci hərbi peykini – “Titania”nı orbitə çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, peykin buraxılışı oktyabr ayında həyata keçirilib. Təxminən 100 kiloqram ağırlığında olan “Titania” hər 90 dəqiqədən bir Yerin ətrafında tam dövr edir. Peykin hərəkət sürəti saatda 27 min kilometr təşkil edir.
Britaniya Müdafiə Nazirliyinin bildirdiyinə görə, peyk İngiltərənin Hempşir qraflığında Müdafiə Elmləri və Texnologiyaları Laboratoriyası (DSTL) ilə BAE Systems şirkətinin əməkdaşlığı çərçivəsində hazırlanıb və istehsal olunub.
Qeyd edək ki, Böyük Britaniya ilk hərbi peyki Tyche-ni 2024-cü ilin avqustunda orbitə çıxarıb. Ölkənin hərbi kosmik imkanlarının genişləndirilməsi çərçivəsində 2027-ci ildə daha iki peykin – Juno və Oberon-un orbitə göndərilməsi planlaşdırılır.
