24
İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyəti ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhebi bildirib.
İranın ISNA xəbər agentliyinin məlumatına görə, general ölkənin raketlərinin uçuş məsafəsinə dair əvvəlki məhdudiyyətin artıq qüvvədə olmadığını açıqlayıb.
Möhebinin sözlərinə görə, İran təhdidlərə cavab vermək imkanlarını praktikada nümayiş etdirəcək. O, həmçinin bildirib ki, ölkə asimmetrik müharibə şəraitində rəqibinə gözləmədiyi istiqamətdən zərbə endirmək imkanına malikdir.
