45
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilərin onlayn formatda keçirilməsi ehtimalını nəzərdən keçirməyin mümkün olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
“Onlayn seçkilərin keçirilməsi imkanını nəzərdən keçirə bilərik. Bu, mümkündür, lakin parlament müvafiq həll yollarını tapmalıdır”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, Zelenskinin prezidentlik səlahiyyətlərinin rəsmi müddəti 2024-cü il mayın 20-də başa çatıb.
