34
ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, ABC News telekanalının məlumatına görə, yanğın yerli vaxtla saat 01:40-da başlayıb. İlkin məlumata əsasən, alov əvvəlcə binanın ikinci mərtəbəsində yaranıb, daha sonra bütün binaya yayılıb.
Xəsarət alanlardan birinin vəziyyəti kritik qiymətləndirilir.
Hadisə yerində iki litium-ion batareya aşkarlanıb. Hakimiyyət orqanları yanğının baş verməsində həmin batareyaların rolunun olub-olmadığını araşdırır.
