45
Avropa İttifaqı Ukraynaya 4,36 milyard avro ayırıb.
Ucnoqta.az xəbər verir ki, Avropa Komissiyası Kiyevə 2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində növbəti tranşı köçürüb.
Avropa Komissiyasının bəyanatına görə, ayrılan vəsaitin 3,7 milyard avrosu büdcəyə makromaliyyə yardımı, 658 milyon avrosu isə hərbi təchizat üçün nəzərdə tutulub.
Hərbi yardım çərçivəsində Ukraynaya pilotsuz uçuş aparatları, zərbə raketləri, radarlar, radioelektron mübarizə vasitələri və hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları veriləcək.
