34
Paraqvay polisi Ueno Bankın zərərçəkmiş əmanətçilərinin etiraz aksiyası zamanı rezin güllələrdən istifadə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “ABC Color” qəzeti məlumat yayıb.
Məlumata görə, toqquşmalar paytaxt Asunsyonun mərkəzində baş verib. Polis etirazçıları dağıtmaq üçün rezin güllələrlə yanaşı, gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə edib.
Aksiya iştirakçıları Ueno Bankdakı hesablarında dondurulmuş vəsaitlərin qaytarılmasını və ölkə prezidenti Santyaqo Penyanın impiçmentinin elan edilməsini tələb ediblər.
