30
Sentyabrın 23-də təxminən 60 kommersiya gəmisinin Hörmüz boğazından keçdiyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, Reuters agentliyi məlumatı adı açıqlanmayan ABŞ rəsmisinə istinadən yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, gəmilər iyulun əvvəlindən bəri boğazdan ən böyük gündəlik neft həcmini daşıyıblar. Məlumata əsasən, boğazdan təxminən 22 milyon barel neft çıxarılıb.
Həmin şəxs bildirib ki, gəmilərdən təxminən 40-ı təhlükəsizliyin təmin olunması məqsədilə ABŞ hərbçiləri ilə fəaliyyətlərini əlaqələndirib.
Reuters qeyd edib ki, agentlik bu məlumatları müstəqil mənbələr vasitəsilə təsdiqləyə bilməyib.
