31
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına dair lisenziyanın verilməsi ilə bağlı yekun qərarı təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, Zelenski jurnalistlərin suallarını cavablandırarkən son görüşdə Trampın bu barədə ona məlumat verdiyini bildirib.
Onun sözlərinə görə, tərəflər arasında konkret razılaşmalar əldə olunub və Ukrayna “Patriot” raketlərinin istehsalı üçün müvafiq lisenziyanı alacaq.
Zelenski söhbətin raketlərin hansı modifikasiyasından getdiyini açıqlamayıb.
