31
İsrail Müdafiə Ordusu (IDF) Qəzza şəhərində HƏMAS-ın hərbi qanadının komandirlərindən biri Mahmud Əbdül-Fəttah Əvədin öldürüldüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, IDF-in yaydığı məlumata görə, Əvəd İsrail vətəndaşlarından yeddi nəfərin girov saxlanılmasında iştirak edib. İddia olunur ki, o, son dövrlərdə İsrail hərbçiləri və mülki şəxslərə qarşı hücumlar planlaşdırıb, həmçinin HƏMAS-ın hərbi imkanlarının bərpası ilə məşğul olub.
Məlumata əsasən, zərbə endirilməzdən əvvəl mülki əhali arasında itkilərin qarşısının alınması və mümkün zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb.
