29
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.
Ucnoqta.az xəbər verir ki, Si Cinpin və həyat yoldaşı Pen Liyuanı Ağ Evin Cənub portikosunda Donald Tramp və ABŞ-ın birinci xanımı Melaniya Tramp qarşılayıb.
Daha sonra Çin liderinin dövlət səfəri münasibətilə Ağ Evdə rəsmi qarşılanma mərasimi keçiriləcək. Mərasim zamanı Donald Tramp və Si Cinpin qısa çıxışlar edəcək, daha sonra dövlət başçıları və onların həyat yoldaşları hədiyyələr təqdim edəcəklər.
Proqramın növbəti hissəsində Ağ Ev ərazisində ABŞ hərbçilərinin iştirakı ilə parad nümayişi keçiriləcək.
