29
Sabirabadda yol qəzası baş verib.
Ucnoqta.az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində qeydə alınıb.
Avtoqəzada bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
