39
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hörmüz boğazında pilotsuz uçuş aparatlarına qarşı lazer sistemlərindən istifadə edildiyini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, məlumata görə, lazer kompleksləri İranın pilotsuz aparatlarını məhv etmək və yaxınlaşan qanadlı raketlərin qarşısını almaq üçün tətbiq olunur. Bildirilir ki, bu üsulla həyata keçirilən hər bir müdaxilənin dəyəri ənənəvi hava hücumundan müdafiə vasitələri ilə müqayisədə xeyli aşağıdır.
Eyni zamanda, ABŞ hərbçiləri bu texnologiyanı ölkənin cənub sərhədi boyunca narkokartellərə aid olduğu bildirilən pilotsuz aparatlara qarşı da sınaqdan keçirirlər.
Lazer silah sistemləri xüsusilə pilotsuz aparatlarla mübarizədə daha az xərc tələb edən alternativ kimi qiymətləndirilir.
